RU

Makron Trampın təşəbbüsünü dəstəkləmir

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampın yaratdığı Sülh Şurasına qoşulmaqdan imtina edib. Bunun əsas səbəbi Rusiya prezidenti Vladimir Putinə dəvət göndərilməsidir.

Reyting.az "Bloomberg" agentliyinə istinadla bildirir ki, E. Makron D. Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qətiyyən qoşulmaq niyyətində deyil.

Fransa lideri eyni zamanda yeni beynəlxalq qurumun nizamnaməsinin ilkin formasında nəzərdə tutulduğu kimi, müzakirəyə çıxarılacaq ən əsas məsələlərə də şübhə ilə yanaşır. Makronun fikrincə, mövzu yalnız Qəzzadakı mövcud durumla məhdudlaşmaya bilər və bu da əsas məsələlərdən yayınmaq demək olardı.

Qeyd olunur ki, Makron BMT prinsipləri və institusional çərçivələrin qorunmasının vacibliyindən ciddi narahatlıq keçirir. Buna səbəb isə Parisin bu məsələlərin müzakirə mövzusu olmadığı barədə qərar verməsidir.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
reyting.az

1Источники