RU

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər xiyabanına ziyarəti başlayıb.


Manset.az xəbər verir ki, ziyarətçilər şəhid məzarları önünə gül dəstələri qoyur, onların xatirələrini yad edirlər.

Matəm günü ilə əlaqədar şəhid olanların yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, eləcə də sadə vətəndaşlar şəhidlərimizin məzarları önünə əklil və gül dəstələri qoyurlar.

Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Избранный
39
manset.az

1Источники