ABŞ Prezidenti Donald Trampın dünyadakı münaqişələrin həllinə yönəlmiş "Sülh Şurası" təşəbbüsünə qoşulmaq üçün 60 dövlətə dəvətnamə göndərilib. Ancaq hökumətlər bu dəvətə ehtiyatla reaksiya verdilər.
“Cebheinfo.az”-ın “Reuters” agentliyinə istinadən məlumatına görə, diplomatlar planın Birləşmiş Millətlər Təşkilatının işinə zərər verə biləcəyinə inanırlar.
Diplomatların sözlərinə görə, yalnız lideri Trampın yaxın müttəfiqi olan Macarıstan dəvətnamələri qeyd-şərtsiz qəbul edib. Dəvətnamələr təxminən 60 ölkəyə göndərilib və artıq Avropa paytaxtlarına çatmağa başlayıb.
Xəzər
“Cebheinfo.az”