RU

Arbeloa Arda Güler barədə danışdı

"Real Madrid"in yeni baş məşqçisi Alvaro Arbeloa Arda Güler barədə danışıb. Metbuat.az xəbər verir ki, o, futbolçunu tərifləyib. Arbeloa Ardanın istedadlı futbolçu olduğunu və onun uğurlu ötürmələr verdiyini bildirib. Məşqçinin sözlərinə görə, Arda gənc olsa təcrübəli futbolçudur. Arbeloa Ardanın “Real”da vacib futbolçu olacağını ifadə edib. Qeyd edək ki, La Liqanın 20-ci həftəsində “Real Madrid”in dogma meydanda “Levante”yə qalib gəldiyi oyunda Arda Güler ehtiyatda qalmışdı.

Alvaro Arbeloa “Real”da məşqçi kimi La Liqadakı ilk oyununda Ardanı ikinci hissədə meydana buraxıb. Arda oyunun ən yaxşısı seçilib və onun fəal oyunu sayəsində “Real” 2-0 hesabı ilə qələbə qazanıb.

Избранный
57
metbuat.az

1Источники