RU

Lerikdə 80 kənd hələ də işıqsızdır

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Güclü qar nəticəsində Lerik rayonunun 162 kəndinə elektrik enerjisinin verilişi dayanmışdı".

Bunu Oxu.Az-a açıqlamasında Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini - Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib.

O bildirib ki, yağan aramsız qar nəticəsində Masallı rayonundan Lerikə gələn 3510 kilovoltluq hava xəttində qəza baş vermişdi, nəticədə Lerik şəhəri də daxil olmaqla 162 kəndə elektrik enerjisinin verilişi dayanmışdı:

"Dünəndən etibarən "Azərişıq" və rayonun aidiyyəti qurumları fasiləsiz işləyir, elektrik enerjisinin bərpasına çalışırlar. Hazırda 80-ə yaxın kənddə hələ də elektrik enerjisi yoxdur, aidiyyəti qurumlar fasiləsiz işləyirlər".

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
3
oxu.az

4Источники