RU

Azərbaycanın Gürcüstana təbii qaz ixracından əldə etdiyi gəlirlər açıqlandı

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana218,4 milyon ABŞ dolları dəyərində 2,068 milyard kubmetr təbii qaz(qaz şəklində ) ixrac olunub.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pulifadəsində bu göstərici 66 milyon ABŞ dolları və ya 23,2 faiz ,həcm baxımından isə 0,9 milyon kubmetr və ya 30,3 faiz azdır.

Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında AzərbaycandanGürcüstana 2,968 milyard kubmetr təbii qaz ixrac olunub ki, buixracın da ümumi dəyəri 284,4 milyon dollar təşkil edib.

Qeyd edək ki, ümumilikdə 2025-ci ilin yanvar-noyabr aylarıərzində Azərbaycan 8,117 milyard ABŞ dolları dəyərində 22,804milyard kubmetr təbii qaz ixrac edib. 2024-cü ilin eyni dövrü iləmüqayisədə bu dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 6,7faiz çoxdur, həcm baxımından isə 718 milyon kubmetr və ya 3 faizartım qeydə alınıb.

Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində Azərbaycana252,168 milyon kubmetr təbii qaz idxal olunub və bunun dəyəri39,151 milyon ABŞ dolları olub. Bir il əvvəlki göstəricilərləmüqayisədə, dəyər baxımından 42,8 milyon ABŞ dolları və ya 2,1 dəfəartım, həcm baxımından isə 261,4 milyon kubmetr və ya 2 dəfə azalmaqeydə alınıb.

Məqalədə:
Избранный
123
7
az.trend.az

6Источники