RU

Qvardiola Norveç səfərini səbirsizliklə gözləyirmiş

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Norveç səfəri ilə bağlı maraqlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqasında “Budyo-Qlimt”lə səfər oyunu ərəfəsində təcrübəli mütəxəssis Şimal işıqlarını canlı izləmək imkanından xüsusi zövq alacağını bildirib.

“Mən oteldə olacağam, böyük pəncərələri var. Baxıb zövq alacağıq, niyə də yox? Bir qədəh şərabla daha da gözəl görünür”, - deyə Qvardiola bu barədə jurnalistlərlə söhbətində danışıb.

Qeyd edək ki, “Budyo-Qlimt” - “Mançester Siti” oyunu bu gün Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İdman.Biz
Избранный
65
1
idman.biz

2Источники