RU

Zəngilan sakinləri niyə 3 ildir xəstələnmir? Professor səbəbini açıqladı

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlarda dünyada, eləcə də Azərbaycanda bir neçə növ virus infeksiyası yayılıb.

Ölkə.Az xəbər verir ki, çox sayda insan bu barədə sosial şəbəkələrdə yazaraq yüksək temperatur, halsızlıq və öskürəkdən əziyyət çəkdiklərini bildirirlər.

Paytaxtda və regionlarda infeksiyaların tüğyan etdiyi bir vaxtda Zəngilan sakinin “xəstələnmirik” sözləri maraq doğurub.

Belə ki, rayonun Ağalı kənd sakini Çiçək Gəraylının “3 ildir Zəngilanda yaşayırıq, uşaqlar xəstələnmir” sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

O bunu torpağın havasının, suyunun təmiz olması ilə əlaqələndirib.

Bəs doğrudan da təmiz hava və su immuniteti möhkəmləndirmək çün kifayət edirmi?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla hesab edir ki, məsələyə birmənalı yanaşmaq düzgün deyil:

“Əlbəttə ki, kənd yerlərində insanlar öz doğma yurdlarına köçəndə orada bir az daha güvənlə olurlar, hansısa bir aura yaranmış olur. Psixoloji məqamlar da immun sistemə dəstəkdir. 

Digər tərəfdən, rayon yerlərində, məsələn, Zəngilanın özündə yetərincə insan yoxdur, insanların təmasları da yetərincə deyil.

Əlbəttə, Bakı şəhəri kimi bir yer üçün nəfəs yolu ilə yayılan infeksiyaların geniş yayılma potensialı var, çünki burada təmas var. Bakıda ictimai nəqliyyatda, qapalı yerlərdə və s. çox ciddi sıxılıq var. Bu da virus infeksiyalarının iş yerlərində, şadlıq evləri, toplantılarda, məktəblərdə, auditoriyalarda, qapalı məkanlarda sürətlə yayılması üçün bir imkan yaradır. Ona görə də, Bakı şəhəri ilə rayonu müqayisə etmək bu baxımdan heç də düzgün olmazdı. Məhz bu faktor daha ciddi rol oynayır. 

Amma təbii ki, insanın öz rayonunda daha güvənli olması, immun sistem hansı formada bir mobilizasiya omasının da rolu var və bunu danmaq olmaz”.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
90
3
olke.az

4Источники