RU

Lerikdə 80 kənd hələ də işıqsızdır

"Güclü qar nəticəsində Lerik rayonunun 162 kəndinə elektrik enerjisinin verilişi dayanmışdı".

Far.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini - Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib.

O bildirib ki, yağan aramsız qar nəticəsində Masallı rayonundan Lerikə gələn 3510 kilovoltluq hava xəttində qəza baş vermişdi, nəticədə Lerik şəhəri də daxil olmaqla 162 kəndə elektrik enerjisinin verilişi dayanmışdı:

"Dünəndən etibarən "Azərişıq" və rayonun aidiyyəti qurumları fasiləsiz işləyir, elektrik enerjisinin bərpasına çalışırlar. Hazırda 80-ə yaxın kənddə hələ də elektrik enerjisi yoxdur, aidiyyəti qurumlar fasiləsiz işləyirlər".

Избранный
27
3
far.az

4Источники