Moldova Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxır. Bizim.Media TASS-a istinadən bildirir ki, bu barədə Moldovanın xarici işlər naziri Mihai Popşoi məlumat verib. Onun sözlərinə görə, üzvlüyü təsis edən əsas müqavilələri ləğv etdikdən sonra çıxış işlərinə başlanacaq:
“Moldova Müstəqil Dövlətlər Birliyində üzvlüyünün əsasını təşkil edən üç əsas müqaviləni - MDB Nizamnaməsini, MDB-nin yaradılması haqqında Sazişi və müvafiq əlavəni ləğv etmə prosesinə başlayıb. Onların rəsmi ləğvindən sonra ölkəmiz MDB-nin üzvü olmağı dayandıracaq” – deyə o bildirib.
Müvafiq sənədlər yekun təsdiq üçün respublika parlamentinə təqdim olunacaq.
Moldova 1994-cü ildən MDB-nin üzvüdür.
2022-ci ildə respublika rəhbərliyi müqavilələrin tədricən ləğvinə başlayıb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта