RU

Avstraliyada çimərliklərə köpəkbalığı hücumları başlandı

Bakı.Trend:

Avstraliyada 48 saat ərzində azı dörd köpəkbalığı hücumufaktının qeydə alınmasından sonra ölkənin onlarla çimərliyibağlanıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Son qeydə alınan fakt Yeni Cənubi Uels əyalətinin Point Plomerşəhəri yaxınlığında yerləşən çimərliyində baş verib. Köpəkbalığı 39yaşlı sörferə hücum edib. Həmin şəxs bu mücadilədən ölümcül olmayanyaralarla sağ çıxıb və yerli xəstəxanaya çatdırılıb.

Öncəki hücumlar isə Sidney ətrafı çimərliklərdə qeydə alınmışdı.Yerli polis və sahil mühafizə qurumu vətəndaşları çimərliklərdəmüvəqqəti olaraq çimməməyə çağırıb və bunu leysan yağışlardan sonrasular bulandığından okeanda təhlükəli vəziyyətin yaranması iləəlaqələndirib.

“Su o qədər bulanıqdır ki, bu, köpəkbalıqlarının aktivliyinəəlverişli şərait yaradır. Bu səhər iki nəfər ağır vəziyyətdəxəstəxanaya yerləşdirilib. Bu mərhələdə çimərliklərin təhlükəsizolmadığını tövsiyə etdiyimiz üçün yerli hovuzlara üz tutun”,- deyə"Surf Life Saving" qurumunun icraçı direktoru bildirib.

Избранный
111
2
az.trend.az

3Источники