Sabah UEFA Çempionlar Liqasının növbəti turunda “Qarabağ” doğma meydanda “Ayntraxt”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunda bu vacib görüş öncəsi iki itki var. Qapıçı Şahruddin Məhəmmədəliyev və Kadi Borges meydana çıxa bilməyəcək. Zədədən dönən futbolçuların hazır olmadığı bildirilir.
“Qarabağ” – “Ayntraxt Frankfurt” oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək