Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin xatirəsini yad edib.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlik öz "X" hesabında paylaşım edib.
"20 yanvar 1990-cı ildə can Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə yad edirik", - deyə paylaşımda bildirilib.