RU

Flik onun "Barselona"da məşq etməsinə qadağa qoydu

style='margin-bottom:10px;'>

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik futbolçu Pedro Fernandezin əsas komanda ilə məşq etməsini qadağan edib .

QOL.az xəbər verir ki, bu haqda sport.es məlumat yayıb.

Kataloniya təmsilçisinin kapitanları bu məsələni Fliklə müzakirə ediblər. 18 yaşlı yarımmüdafiəçiyə indi "Barselona"nın məşq mərkəzində sadəcə fərdi məşq etməyə icazə verilib.

Onun komanda ilə məşqinə qadağa qoyulmasının səbəbi isə hələlik məlum deyil.

Daha əvvəl PSJ-nin Pedro Fernandezlə maraqlandığı və PSJ-nin baş məşqçisi Luis Enrikenin şəxsən onu komandasında görmək istədiyi haqda xəbərlər yazılmışdı.

Избранный
173
1
teleqraf.com

2Источники