“Qalatasaray” İtaliyanın “Napoli” klubunun formasını geyinən Noa Langın transferi ilə bağlı razılıq əldə edib.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı cinah oyunçusu 2 milyon avro qarşılığında mövsümün sonuna qədər icarəyə götürüləcək. Noa Lang bu müddət ərzində “sarı-qırmızılar”dan 2 milyon avro maaş alacaq.
Xəbərdə bildirilir ki, “Qalatasaray” futbolçunun 30 milyon avroluq satınalma opsiyasını da özündə saxlayacaq.
İstanbul klubu mövsümün sonunda bu opsiyondan istifadə edərsə, Noa Lang ilə illik 4 milyon avro maaşla 4 illik müqavilə imzalanacaq.