Çovğun nəticəsində Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunun hərəkət hissəsi qarla örtülüb, nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Həmçinin Ələt-Astara magistral avtomobil yolunda da qarlı hava şəraiti gərgin vəziyyət yaradıb.
Lənkəran-Lerik avtomobil yolunda da güclü və intensiv qar səbəbindən yolun hərəkət hissəsi qarla tam örtülüb.
Qeyd edilib ki, yolların qardan təmizlənməsi işləri aparılır, sürücülərə köməklik göstərilir.