RU

Deniz Akkaya həbs edildi

Keçmiş model Dəniz Akkaya həbs olunub.

Milli.Az xəbər verir ki, Akkaya cəzasını çəkmək üçün Burhaniye Həbsxanasına göndərilib.

Məhkəmə Deniz Akkayanın iki ay müddətinə sosial mediada və ya digər ünsiyyət platformalarında aparıcı Seda Akgül haqqında hər hansı bir paylaşım etməsini qadağan etmişdi.

Məhkəmə Dəniz Akkayaya Seda Akgülə qarşı verilən qətimkan tədbirini pozduğuna görə üç günlük məcburi həbs cəzası verib. Akkayanın bu qərara qarşı verdiyi apellyasiya şikayəti rədd edilib və hökm qəti olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
112
2
olaylar.az

3Источники