RU

2026 cı ildən bu mexanizm mərhələli şəkildə ləğv ediləcək Pensiya alanların NƏZƏRİNƏ

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Pensiya sistemi hər ölkədə sosial rifahın əsas göstəricilərindən biri hesab olunur. Müxtəlif dövlətlər bu sahədə fərqli yanaşmalar tətbiq edir. Məsələn, Rusiyada pensiya almaq üçün minimum 15 il sığorta stajına malik olmaq kifayətdir və pensiya məbləği vətəndaşın əməkhaqqı əsasında hesablanır. Bu yanaşma uzun müddət çalışan və rəsmi əməkhaqqı alan şəxslərin gələcək təminatını əsas götürür. Azərbaycanda isə pensiya hüququ sığorta stajı ilə yanaşı, fərdi hesabda toplanan sosial sığorta kapitalından asılıdır. Son illər aparılan islahatlar pensiya sisteminə daha çox maliyyə intizamı gətirsə də, cəmiyyətdə müəyyən narazılıqlara da səbəb olur.İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda pensiya hüququ əldə etmək üçün minimum 25 illik iş stajı tələb olunur:“Lakin 2026-cı ilə qədər hökumət vətəndaşlara 25 illik sosial sığorta stajını faktiki olaraq hədiyyə edirdi. 2026-cı ildən etibarən hədiyyə staj hər il bir il azaldılacaq. Faktiki olaraq, 2026-cı ilə qədər pensiyaya çıxmaq üçün sıfır illik real iş stajı kifayət edirdi. Ancaq 2026-cı ildən sonra bu müddət ildən-ilə azalacaq. Məsələn, növbəti ildə 24 il, sonrakı illərdə isə daha az staj hədiyyə olunacaq. Yəni Azərbaycan bu sahədə özünəməxsus sosial model seçib və bu yolu ardıcıl şəkildə davam etdirir. Hər ölkənin pensiya sistemi fərqlidir. Türkiyədə başqa model tətbiq olunur, Rusiyada başqa, Hindistanda isə tamamilə fərqli yanaşma var. Azərbaycan isə bu istiqamətdə kifayət qədər sosial yönümlü bir yol tutub”.O bildirib ki, dövlət bu staj hədiyyəsini də ona görə tətbiq edirdi ki, müxtəlif səbəblərdən rəsmi işləyə bilməyən, sosial sığorta ödənişi olmayan şəxslər üçün keçid dövrü yaradılsın:“Bu barədə illər öncədən xəbərdarlıq da edilmişdi. Əslində sosial sığorta stajı ilə bağlı hədiyyə mexanizminin müddəti 2023-cü ildə başa çatmalı idi, lakin hökumət onu əlavə olaraq üç il uzatdı. 2026-cı ildən sonra isə bu mexanizm mərhələli şəkildə ləğv ediləcək. Hazırda faktiki iş stajı sıfır il hesab olunur və pensiya hüququ əsasən əmək haqqı üzərindən formalaşır. Pensiya sistemi hər yerdə olduğu kimi Azərbaycanda da əmək haqqı əsasında qurulub. Məsələn, özəl sektorda çalışan şəxslərin aylıq əmək haqqısından 10 faiz məcburi pensiya sığortası tutulur. Bu vəsait şəxsin pensiya kapitalını formalaşdırır və gələcəkdə alacağı pensiyanın məbləği də məhz həmin kapital əsasında hesablanır”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
demokrat.az

1Источники