Zaqreb "Dinamo"sunun futbolçusu Leon Yakiroviçin İtaliya nəhənginə transferi tamamlanmaq üzrədir.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 18 yaşlı müdafiəçi "İnter"ə qoşulur.
Milan təmsilçisi bu keçid üçün xorvatlara 2,5+2 (bonus) milyon avro ödəyəcək.
Zaqreblilər gənc istedadın növbəti satışından da gəlir əldə edəcəklər.
Yakiroviç yaxın günlərdə tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İtaliyaya yollanacaq. O, ilk olaraq "İnter"in U-23 komandasında oynayacaq.
Qeyd edək ki, Leon "Dinamo"nun əsas heyətində dörd matça çıxıb.