Azərbaycanda yanvarın 19-da axtarışda olan 199 şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, saxlanılanlardan 89 nəfəri borclu şəxs qismində axtarışda olub.
Həmçinin, yanvarın 19-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması təmin olunub. Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.