Sabirabad rayonunda 16 yaşlı gəlinin həyat yoldaşı tərəfindən qətlə yetirilməsinin yeni detalları məlum olub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, qətl hadisəsi 2025-ci il mayın 17-də Güdəcühür kəndində baş verib.
İttihama görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə 2024-cü ilin iyun ayından tanış olduğu, 2009-cu il təvəllüdlü Nuranə Ələkbərova ilə onun könüllü razılığı əsasında evlənmək barədə razılığa gəliblər.
Həmin il oktyabrın 18-də Şirvan şəhərində “Ağsaray” şadlıq evində keçirilən toy mərasimindən sonra qeyri-rəsmi nikah münasibətinə daxil olublar. Bu münasibət ötən il mayın 17-dək davam edib.
Seyidrəsul Talıbzadə Niranənin “Tik-tok” sosial şəbəkəsində şəxsi fotolarını paylaşmaqla, “İnstagram” sosial şəbəkəsində tanımadığı şəxslə yazışmaqla ona xəyanət etməsindən şübhələnib. Qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Qətlin gizli qalması, ailə üzvləri və kənar şəxslərin bundan xəbər tutmaması məqsədilə mayın 17-də təxminən saat 24 radələrində Nuranəni Bakı şəhərində Nardaran qəsəbəsində yeni tapdığı iş yerinə aparacağı adı ilə aldadıb, taksi maşını ilə onu Şirvan şəhərindəki evindən götürüb.