RU

Şəkidə baş verən qəzada 1 nəfər xəsarət alıb

Şəki, 20 yanvar, Rasim İslamoğlu, AZƏRTAC

Şəkidə 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Çələbixan qəsəbə sakini, 40 yaşlı Kamran İsmayılovun idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı xəsarət alan Kamran İsmayılov təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətlədirilən yaralının müalicəsi həmin xəstəxanada davam etdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
160
2
azertag.az

3Источники