RU

Ermənistan KTMT-ni TƏRK EDİR? – Gizli plan üzə çıxdı

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında qeyd olunub ki, 2026-cı ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünün “dondurulması” ehtimalı çox azdır.

“Ermənistanın KTMT-də üzvlüyünün “dondurulması” çox güman ki, baş verməyəcək. Biz bunu bölgə təhlükəsizlik qurumunun nüfuzuna çağırış və qurumun digər üzv dövlətləri üçün nəticələr mənbəyi kimi qiymətləndiririk”, – deyə hesabatda bildirilib.

Diqqət çəkən məqam odur ki, Ermənistan Baş naziri Nikol Paşinyan 2024-cü il fevralın 23-də bəyan etmişdi ki, Ermənistan praktik olaraq KTMT-də iştirakını dondurub.

Məhəmməd Əsədullazadə

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan rəsmilərinin bir-birlərinə zidd fikirlərinə daima şahid oluruq:

“Bu bir növ N. Paşinyanın taktiki siyasətidir. Fakt odur ki, Ermənistan KTMT fəaliyyətini dondurub. Xarici kəşfiyyat rəisi isə deyir ki, dondurmayıb. N. Paşinyan və digər rəsmi şəxslər KTMT sammitində iştirak etmir. Həmçinin birgə hərbi təlimlərə qatılmır, kollektiv sənədə imza atmır”.

“Seçkilər yaxınlaşdıqca İrəvan rəsmilərindən belə açıqlamalar çox eşidəcəyik. Yəni sabah daxili işlər naziri çıxıb deyə bilər ki, Ermənistan Rusiya ilə birgə ittifaq dövləti yaratmaq istəyir. Belə tezislər texniki olaraq N. Paşinyanın ideyasıdır. Ermənistan KTMT-də de-fakto çıxıb. De-yure isə seçkilərdən sonra olacaq.

N. Paşinyan bilir ki, KTMT fəaliyyətsiz və amorf qurumdur. Ötən həftə N. Paşinyan dedi ki, Ermənistan KTMT üzvü olduğu üçün silah idxalını şaxələndirə bilmir. Demək istəyir ki, bu qurumda qalmaq Ermənistanın maraqlarına cavab vermir. Ermənistan gələn il KTMT-ni tam tərk edəcək”, – deyə ekspert vurğulayıb.

Atilla Rzasoy

Избранный
40
nocomment.az

1Источники