RU

Ağdamda “Şəhidlər" abidə kompleksi ziyarət edilib

Azərbaycan tarixinin faciəli, eyni zamanda, şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 36-cı ildönümü Ağdam rayonunda da kədər və böyük qürur hissi ilə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri “Şəhidlər" abidə kompleksi önünə tər qərənfillər düzüblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunub.

Anma mərasimində çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərində dinc əhaliyə divan tutulmasından, yüzlərlə insanın qətlə yetirilməsindən, vaxtında dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə yalnız Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsindən, Azərbaycan xalqının iradəsinin sarsılmazlığından, 20 Yanvar hadisəsinin dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmasından danışıblar.

Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.

Избранный
134
azerbaijan-news.az

1Источники