RU

Təcili siqnal göndərən helikopter YOXA çıxdı

Yaponiyanın Kumamoto prefekturasında üç nəfəri daşıyan turist helikopteri yoxa çıxıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb. Bildirilib ki, helikopter Aso dağı ətrafında uçarkən pilotla əlaqə kəsilib.

Məlum olub ki, bir pilot və Tayvandan olan iki turisti daşıyan helikopter yoxa çıxmazdan əvvəl təcili siqnal göndərib.

Səlahiyyətlilər ərazidə axtarış-xilasetmə əməliyyatlarının başladığını bildiriblər.

Bizim.Media

Избранный
93
3
bizim.media

4Источники