Baku TV-nin "Aktual Gündəm" verilişinin budəfəki buraxılışında 20 Yanvar faciəsi və onun tarixi-siyasi nəticələri müzakirə olunub.
20 Yanvar SSRİ-nin süqutunu necə sürətləndirdi? Sovet tankları Bakıya niyə daxil oldu və bu addım kimə mesaj idi? 20 Yanvar faciəsi Azərbaycan tarixində nəyi dəyişdirdi?
Millət vəkilləri - Nəsib Məhəməliyev, Məlahət İbrahimqızı, Aydın Hüseynov və Milli Məclis sədrinin müavini Musa Qasımlı ilə bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.