RU

“Roma” icarəyə götürdüyü futbolçu ilə yollarını ayırır

BAKI, 20 yanvar. TELEQRAF

İtaliyanın “Roma” klubu İngiltərənin “Aston Villa” komandasından icarəyə götürdüyü futbolçu Leon Beylinin müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Mövsümün ilk yarısında zədələrdən əziyyət çəkən 28 yaşlı hücumçu Roma təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla cəmi 317 dəqiqə meydanda olub. Yamaykalı vinger “Roma” formasında keçirdiyi 11 matçda iki məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
114
teleqraf.com

1Источники