RU

Ederson karyerasını Madriddə davam etdirə bilər

İspaniya nəhəngi "Atletiko Madrid" yarımmüdafiə xəttini "Atalanta"nın ulduzu ilə gücləndirməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, jurnalist Ruben Urianın yaydığı məlumata əsasən, braziliyalı futbolçu Ederson "Atletiko"nun marağından xəbərdardır və karyerasını Madrid klubunda davam etdirmək niyyətindədir.

Lakin danışıqlar prosesi bir qədər mürəkkəb xarakter alıb. Belə ki, İtaliya klubu Çempionlar Liqasının qalan iki vacib oyununda Edersonun xidmətindən yararlanmaq üçün onu dərhal buraxmaq istəmir. "Atletiko" isə transferi mümkün qədər tez yekunlaşdırıb futbolçunu heyətinə qatmağa çalışır.

Hazırda klublar arasında Edersonun gediş vaxtı ilə bağlı intensiv müzakirələr aparılır.

Kamil Xudiyev

Избранный
30
fanat.az

1Источники