RU

Bitcoin və Ethereum 5% ucuzlaşdı

Ajans.az xəbər verir ki, bu barədə "Binance" məlumat yayıb. Məlumata görə, Bitcoin-in məzənnəsi son sutka ərzində 2,46% azalaraq 90 670 dollar, Ethereum-un məzənnəsi isə 5,62% ucuzlaşaraq 3 036 dollar səviyyəsinə düşüb. CoinMarketCap-ın yanvarın 20-nə olan məlumatına əsasən, kriptovalyuta bazarının ümumi kapitallaşması 3,05 trilyon dollar təşkil edir. Bu məbləğin 1,808 trilyon dolları (59,3%) Bitcoin-in, 365,84 milyard dolları (12%) isə Ethereum-un payına düşür. Coinglass platformasının məlumatına görə, son 24 saat ərzində qlobal kriptovalyuta birjalarında 141 mindən çox treyderin mövqeləri likvidasiya olunub. Likvidasiyaların ümumi həcmi 582,25 milyon dollar təşkil edib. Likvidasiyaların böyük hissəsi Bitcoin üzrə qeydə alınıb. Ümumi məbləğin 523,22 milyon dolları uzun mövqelərin, 59,08 milyon dolları isə qısa mövqelərin payına düşüb.

Son 24 saat ərzində ən iri tək likvidasiya sifarişi Hyperliquid birjasında ETH/USD cütlüyü üzrə 6,8 milyon dollar dəyərində olub.

Избранный
90
Ajans.az

1Источники