RU

"Dünyada "Böyük balıq kiçik balığı yeyir" prinsipi tətbiq olunur" - Vuçiç

Azərbaycan, Ermənistan və Serbiya əhali baxımından nisbətən kiçik ölkələr olsalar da, onların rolu gələcəkdə artacaq.

"Unikal" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.

"Əminəm ki, gələcəkdə bizim əhəmiyyətimiz artacaq. Ermənistanda təxminən 3 milyon, Serbiyada 7 milyon və Azərbaycanda 10 milyon insan yaşayır. Bir-birimizlə ortaq dil tapmalı və birlikdə çox şey etməliyik.

Çünki qaydaların olmaması ilə üzləşdiyimiz bugünkü dünyada "Böyük balıq kiçik balığı yeyir" prinsipi tətbiq olunur və bu barədə gizlətməyə belə çalışmadan açıq şəkildə danışılır. Əməkdaşlıq vacibdir. Azərbaycan, Ermənistan və Serbiya xalqları milli maraqları qoruyaraq, bütün tərəfdaşlarla əməkdaşlığa açıq olmaqla ikinci yolu seçəcəklər", - Vuçiç qeyd edib. 

Ağarza Elçinoğlu 

Избранный
122
unikal.az

1Источники