RU

Dünyanın ən ağıllı şəhərləri bəlli oldu

Yazını böyüt
Yazını kiçilt
Dünyanın ən ağıllı və texnoloji cəhətdən inkişaf etmiş şəhərlərinin siyahısı açıqlanıb. Reyting iqtisadiyyat, idarəetmə, mobillik, ətraf mühit və həyat keyfiyyəti kimi kriteriyalar əsasında hazırlanıb.

Hafta.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində Türkiyənin modern infrastrukturuna və rəqəmsal xidmətlərinə görə seçilən İstanbul, Ankara və İzmir də siyahıya düşməyi bacarıb.

Bu siyahı hazırlanarkən şəhərlər sadəcə texnologiyaya görə deyil, həm də aşağıdakı amillərə görə qiymətləndirilir:

Vətəndaşların dövlət xidmətlərinə internet üzərindən asan çıxışı.

Nəqliyyatın ağıllı idarəedilməsi və geniş ictimai nəqliyyat şəbəkəsi.

Binalarda və küçə işıqlandırmasında qənaətcil texnologiyaların tətbiqi.

Səhiyyə və təhsil xidmətlərinin texnoloji imkanlarla asanlaşdırılması.

Siyahının ilk pillələrində Sinqapur, Sürix və Oslo kimi şəhərlər qərarlaşır. Bu şəhərlər xüsusilə süni intellektin şəhər infrastrukturuna inteqrasiyası və ekoloji təmiz nəqliyyat sistemləri ilə nümunə göstərilir.

Избранный
63
6
hafta.az

10Источники