RU

“Məni “Real” yox, komandam maraqlandırır”

ain.az, futbolpress-az saytına istinadən bildirir.

“Monako”nun baş məşqçisi Sebastyen Pokonyoli Çempionlar Liqasında “Real”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyunöncəsi mətbuat konfransında bunları deyib:

“Real” elə komandadır ki, onlarla oynamaq üçün uyğun və ya uyğun olmayan vaxt anlayışı yoxdur. Onlar həmiş rəqiblərini təzyiq altında saxlamağı bacarır.

İndi hansı durumda olduqları bizim üçün prioritet deyil. Məni “Real” yox, komandam maraqlandırır. Oyunumuza fokuslanmalıyıq”.

Bu gün keçiriləcək “Real” – “Monako” oyunu saat 00:00-da start keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
futbolpress.az

1Источники