Sumqayıtda daha bir dəm qazından zəhərlənmə hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Kotec qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Məlumata görə, 1969-cu il təvəllüdlü Namazova Vəfa Aşot qızı hamam otağında dəm qazından zəhərlənib.
O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Hazırda zərərçəkənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.