RU

Yıxılıb beli sınan ofisiantın işlədiyi "Karvan" restoranı İsa Həbibəylinin İMİŞ -

Şəhidlər xiyabanını ziyarət edən AMEA prezidenti İsa Həbibəyli həm başqasının ona çətir tutması ilə, həm də Ramiz Mehdiyevlə bağlı verdiyi açıqlama ilə yenidən ictimai müzakirələrin mərkəzinə düşüb.

İsa Həbibəyli ilə bağlı ən diqqətçəkən iddialardan biri isə Bakı Şəhər Prokurorluğunun sabiq böyük müstəntiqi Müşfiq Abbasov tərəfindən irəli sürülüb. O, AMEA prezidentinin Şəhidlər xiyabanında çəkilmiş fotosunu paylaşaraq, illər öncə baş verdiyi iddia olunan bir hadisəni xatırladıb.

Müşfiq Abbasov bildirib ki, İsa Həbibəyliyə məxsus olduğu iddia edilən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaxınlığında yerləşən “Karvan” restoranında 2015-ci ildə ağır hadisə baş verib. Onun sözlərinə görə, restoranda ofisiant işləyən gənc oğlan çılçırağı təmizləmək üçün tavana qaldırılıb və nəticədə yıxılaraq ağır xəsarət alıb, bel sümüyü sınıb.

Sabiq müstəntiq qeyd edib ki, həmin vaxt zərərçəkmiş şəxslə bağlı cinayət işi açılıb və məsələ ilə əlaqədar İsa Həbibəylinin qardaşı məhkəmə məsuliyyətinə cəlb olunub. Abbasovun iddiasına görə, zərərçəkmiş şəxs müalicə xərcləri üçün Həbibəylilərdən yardım ala bilmədiyini dəfələrlə bildirib.

“İsa Həbibəyli həmin dövrdə Elmlər Akademiyasının vitse-prezidenti idi. Elmin zirvəsində olan bir şəxsin ağır xəsarət alan gəncə maddi və mənəvi dəstək göstərməməsi ciddi suallar doğururdu. Bu gün isə o, AMEA-nın prezidentidir.

Ramiz Mehdiyevin şəklini akademiyanın şərəf lövhəsindən götürməklə əsas işini gördüyünü düşünür”, – deyə Müşfiq Abbasov paylaşımında yazıb.

Musavat.com 

Избранный
50
1
paytaxt.org

2Источники