RU

Tramp daha bir dövləti təhqir etdi: Dünyanın ən pis ölkəsidir

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə keçirdiyi brifinq zamanı Somalinin ölkə olmadığını iddia edib.

Globalinfo.az xəbər verir ki, brifinqin səs yazısı Ağ Evin “YouTube” kanalında yayımlanıb.

Çıxışı zamanı Tramp cinayət törətməkdə şübhəli bilinərək saxlanılan qanunsuz immiqrantların fotoşəkillərini jurnalistlərə nümayiş etdirib. O, Somalidən olan immiqrantları, eləcə də bu Şərqi Afrika dövlətini sərt tənqid edib.

“Somali hətta ölkə də deyil. Onların ölkəyə bənzər heç bir şeyi yoxdur. Əgər bunu ölkə adlandırmaq mümkündürsə, o zaman dünyanın ən pis ölkəsidir”, – deyə ABŞ Prezidenti bildirib.

Trampın sözlərinə görə, somalililər ABŞ-a gəlir və işləmədən varlanırlar. O, həmçinin Somali əsilli ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü İlhan Öməri tənqid edərək, ona görə 30 milyon dollar xərcləndiyini iddia edib. Prezident İlhan Öməri “heç vaxt işləməyən və vicdansız konqresmen” adlandırıb.

Qeyd edək ki, Tramp ötən ilin oktyabr ayında da ABŞ Demokrat Partiyasının liderinin olmadığını və partiyanın vəziyyətinin Somaliyə bənzədiyini söyləyib.

Tahir Turan

Glo0balinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
globalinfo.az

1Источники