RU

TƏCİLİ: İran parlamentindən Xameneiyə mümkün hücumla bağlı SƏRT XƏBƏRDARLIQ – VİDEO

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyiyə qarşı mümkün hücumla bağlı kəskin bəyanatla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, rəsmi açıqlamada bildirilib ki, Xameneiyə ediləcək hər hansı hücum birbaşa müharibə elanı kimi qiymətləndiriləcək.

Bəyanatda vurğulanıb ki, İranın ali rəhbərinə qarşı hücum təkcə İrana deyil, bütün İslam dünyasına qarşı yönəlmiş müharibə aktı hesab olunacaq. Parlament komissiyasının açıqlamasına əsasən, belə bir vəziyyətdə İslam alimləri tərəfindən cihad fərmanının verilməsi və dünya miqyasında “İslam əsgərlərinin” səfərbər olunması tələb ediləcək.

İran tərəfinin bu bəyanatı regionda artan gərginlik fonunda səsləndirilib və beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub.

Избранный
110
nocomment.az

1Источники