RU

“Fənərbaxça” - “Aston Villa” oyununun hakimləri açıqlandı

style='margin-bottom:10px;'>

Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda keçiriləcək “Fənərbaxça” - “Aston Villa” oyununa hakim təyinatları açıqlanıb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş Portuqaliyadan olan hakimlər briqadasına həvalə edilib. 

Baş hakimi Luis Qodinoya yan xətt hakimləri kimi Rul Teyxeyra və Pedro Almeyda köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək. 

VAR Jerome Brisarda (Fransa), AVAR isə Andre Narkisoya (Portuqaliya) tapşırılıb.

Qeyd edək ki, yanvarın 22-də, "Fənərbaxça Şükrü Saracoğlu İdman Kompleksi"ndə keçiriləcək "Fənərbaxça" - "Aston Villa" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Избранный
106
teleqraf.com

1Источники