Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Danimarka Kral Hərbi Hava Qüvvələri 40 ildən çox xidmətdən sonra "F-16" qırıcı təyyarələrini rəsmi olaraq "təqaüdə" göndərib.
"Ölkə.az" xəbər verir ki, bu barədə "The War Zone" hərbi portalı məlumat yayıb.
Təyyarələrin "təqaüdə" çıxması münasibətilə rəsmi mərasim Skrydstrup Hava Bazasında keçirilib.
Nəşr qeyd edib ki, Danimarka bu modeldən imtina edən sonuncu NATO ölkəsi olub.
Dərc olunmuş məlumata görə, istismardan çıxarılan Danimarka qırıcı təyyarələri Ukrayna və Argentinaya köçürüləcək.
Döyüş təyyarələrinin Kiyev və Buenos-Ayresə tədarükünün dəqiq müddətləri və sayları açıqlanmır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.