RU

Danimarkanın Pensiya Fondu ABŞ-nin istiqrazlarını satmaq qərarınaGƏLDİ

Danimarka "AkademikerPension" pensiya fondu Qrenlandiya ətrafında münaqişə fonunda ABŞ hökumət istiqrazlarından imtina etmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə DPA təşkilata istinadən xəbər yayıb.

"AkademikerPension" təxminən 100 milyon dollarlıq ABŞ istiqrazlarına malikdir. Satışın ABŞ administrasiyasının gərgin maliyyə vəziyyəti ilə bağlı olduğu bildirilir və iddialara görə, Qrenlandiya ilə bağlı münaqişə ilə istiqrazlardan imtina etmək qərarı arasında birbaşa əlaqə yoxdur.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın Birləşmiş Ştatlara qoşulmasının vacibliyini bildirib. Birinci müddətində o, adanı almağı təklif edib və 2025-ci ilin martında onun ilhaq oluna biləcəyinə əminliyini ifadə edib.

Избранный
102
3
redaktor.az

4Источники