RU

Keçmiş məcburi köçkün: Xankəndiyə qayıdış həm sevinc, həm də minnətdarlıq hissi doğurur

Bakı, 21 yanvar, AZƏRTAC

Mən Xankəndidə yaşamışam, uşaqlığımın bir hissəsini orada keçirmişəm, bağçaya gedirdim. 30 ildən sonra doğma yurduma qayıdıram. Hər şey yadımdadır, gözlərimin qabağındadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndiyə köçən keçmiş məcburi köçkün Elməddin Quliyev söyləyib.

O bildirib ki, bu qayıdış həm sevinc, həm də minnətdarlıq hissi doğurur: "Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Yurdumuza qayıtmaq, evimizdə yenidən bir araya gəlmək hissi sözlə ifadə olunmaz dərəcədədir. Ailəm 6 nəfərlikdir və bizə 4 otaqlı ev verilib".

 

Избранный
18
2
azertag.az

3Источники