Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın Dünya İqtisadi Forumunda iştiraküçün Davosa aparan təyyarə (Air Force One) texniki nasazlıqsəbəbindən ABŞ-yə geri qayıtmağa məcbur olub.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
“Air Force One" təyyarəsi Endryus birləşdirilmiş hərbi bazasınaeniş edib”,- deyə məlumatda qeyd olunub.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt sonradan bildirib ki,prezident təyyarəsinin göyərtəsində elektrik sistemi ilə bağlıkiçik problem yaranıb. Təyyarə dəyişdirildikdən sonra Amerikaliderinin yenidən Davosa qayıdacağı qeyd olunur.