RU

Trampın təyyarəsi texniki nasazlıq səbəbindən ABŞ-yəgeri qayıtdı

ABŞ prezidenti Donald Trampı Davosa aparan Air Force One təyyarəsi uçuşdan qısa müddət sonra texniki nasazlıq aşkar edildiyi üçün ABŞ-yə geri qayıdıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarədə elektrik naqilləri ilə bağlı xırda problem qeydə alınıb. Hadisə yanvarın 20-si axşam saatlarında baş verib. Təyyarə Trampın göyərtədə olduğu vaxt Vaşinqton yaxınlığındakı Endryus aviabazasına geri enib.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, Tramp Endryus bazasında başqa bir təyyarəyə minərək İsveçrəyə uçuşunu davam etdirəcək və Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxış edəcək.

Onun sözlərinə görə, təyyarənin geri qaytarılması təhlükəsizlik məqsədilə həyata keçirilib. Ekipaj uçuşdan az sonra problemi aşkar edib. Qeyd olunub ki, salonun bəzi işıqları işləməyib.

Nuriyyə NATİQQIZI

 

Избранный
35
redaktor.az

1Источники