“BakuBus”a məxsus 121E və 210 nömrəli avtobuslar toqquşub.Metbuat.az-ın məlumatına görə, hadisə səhər saatlarında Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində baş verib. Bildirilir ki, 210 nömrəli avtobus gözlənilmədən 121E nömrəli avtobusun qarşısına çıxıb və nəticədə toqquşma qeydə alınıb.Qəza nəticəsində avtobuslarda olan sərnişinlər düşürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.Sevinc İbrahimzadə / Metbuat.az