RU

Trampın Davosa uçan təyyarəsi texniki problemlər səbəbindən ABŞ-yə qayıdır - YENİLƏNİB

ABŞ Prezidenti Donald Trampı Dünya İqtisadi Forumunda iştirak üçün Davosa aparan təyyarə texniki problem səbəbindən geri qayıdır.

"Report"un məlumatına görə, bu barədə CNN mənbəyə istinadən xəbər yayıb.

"N1 reysi texniki problemlər səbəbindən Endryus Hərbi Hava Qüvvələri bazasına qayıdır", - mənbə bildirib.

ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gedəcəyini açıqlayıb.

"Report"un məlumatına görə, o, bu barədə "Truth Social"da sosial şəbəkəsində paylaşım edib.

Tramp paylaşımında "NewsNation" telekanalında jurnalist Keti Pavliçə yerli vaxtla saat 22:00-da müsahibə verəcəyini qeyd edib. O, həmçinin Amerikanın Dünya İqtisadi Forumunda yaxşı təmsil olunacağını vurğulayıb və ölkəni şəxsən təmsil edəcəyini əlavə edib.

"Davosa gedirəm! Saat 22:00-da "NewsNation"da Keti Pavliçlə müsahibə. Xoş seyirlər! Amerika Davosda mənim tərəfimdən yaxşı təmsil olunacaq. Allah hamınızı qorusun!", - paylaşımda bildirib.

Избранный
25
3
far.az

10Источники