İtkin düşən üzgüçünün valideynləri İstanbula DNT testi üçün gedirlər.
İnterpress.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Rusiyalı üzgüçü Sveçnikovun valideynləri çərşənbə günü (bu gün) İstanbula gələcəklər. Səfərin məqsədi Bosfor boğazında tapılan meyitin tanınması və kimliyin dəqiqləşdirilməsi üçün DNT testinin verilməsidir.
Bu barədə idmançının qohumu məlumat verib. O, ailənin boğazda tapılan cəsədin məhz Sveçnikova aid olduğuna əmin olduğunu bildirib.
Qeyd edək ki, altı ay əvvəl yarış zamanı yoxa çıxan rusiyalı üzgüçü Nikolay Sveçnikovun cəsədi Türkiyədə tapılıb.
Cəsəd üzgüçülükdən 5 km aralıda, hidrokostyum geyinmiş halda tapılıb. Onun qohumları şəxsiyyəti müəyyən etmək üçün təcili olaraq çağırılıblar.

Xuraman Etibarlı
İnterpress.az