ABŞ-ın Yuta ştatından olan 33 yaşlı Stiven Çeys əməliyyatdan oyandıqdan sonra qəfil tibb işçiləri ilə ispan dilində danışıb.
Publika.az xəbər verir ki, bu barədə "Dangerous Minds" yazıb.
Bildirilir ki, Çeys əməliyyatdan təxminən bir saat sonra ispanca sərbəst ünsiyyət qurub, baxmayaraq ki, indiyədək yalnız bir neçə sadə ifadə bilirmiş.
Çeysin sözlərinə görə, tibb bacıları onun ağrıları ilə bağlı standart suallar veriblər və o, avtomatik olaraq ispan dilində cavab verib.
O hesab edir ki, beyni bu dili uşaqlıqda yadda saxlayıb. Çeys valideynləri daim ispan dilində danışan ən yaxın dostunun evinə tez-tez gedirmiş. O vaxtlar sözlərin mənasını başa düşməsə də, eşitmə məlumatı çox güman ki, şüuraltı olaraq qalıb.