RU

Tramp ABŞ-ın gizli silaha malik olduğuna işarə edib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin dünyada mövcudluğu hələ açıqlanmayan silahlara sahib olduğunu bildirib.

Editor.az xəbər verir ki, Ağ Evin rəhbəri bu fikirləri NewsNation telekanalına verdiyi müsahibə zamanı səsləndirib. O, jurnalistin Venesuelada mümkün hərbi əməliyyatlar zamanı səs silahlarından istifadə oluna biləcəyi ilə bağlı sualını cavablandırarkən ABŞ-ın gizli və “təəccübləndirici” hərbi texnologiyalara malik olduğunu vurğulayıb.

Donald Trampın sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının ixtiyarında olan bəzi məsələlər ictimaiyyətə açıqlanmamalıdır və bu, ölkənin təhlükəsizliyi baxımından daha məqsədəuyğundur. Bununla belə, prezident sözügedən silahların növü və xüsusiyyətləri barədə hər hansı konkret məlumat verməyib.

//Gülnarə Abasova, Editor.az

Избранный
22
editor.az

1Источники