RU

ÇL: "Qalatasaray" "Atletiko Madrid" ilə üz-üzə

UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII turun oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, sonuncudan əvvəlki turun ikinci oyun günündə daha 9 qarşılaşma baş tutacaq.

Günün ilk iki qarşılaşması "Qarabağ"la "Qalatasaray"ın ev oyunlarıdır. Azərbaycan çempionu "Ayntraxt"ı sınağa çəkəcəksə, Türkiyə nəhəngi "Atletiko Madrid"i qonaq edəcək. 

Yeddinci tur çərçivəsində "Liverpul" Fransaya, "Barselona" Çexiyaya səfər edəcək, digər Avropa nəhənglərindən "Yuventus" "Benfika"nı, "Bayern Münhen" "Yunion"u, "Çelsi" "Pafos"u doğma meydanda qəbul edəcək.

Qeyd edək ki, "Qarabağ" əsas mərhələdəki son matçını 28 yanvarda səfərdə İngiltərə nəhəngi "Liverpul"a qarşı keçirəcək. 

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar

21:45. "Qarabağ" (Azərbaycan) – "Ayntraxt" (Almaniya)

21:45. "Qalatasaray" (Türkiyə) – "Atletiko Madrid" (İspaniya)

00:00. "Olimpik Marsel" (Fransa) – "Liverpul" (İngiltərə)

00:00. "Slaviya" (Çexiya) – "Barselona" (İspaniya)

00:00. "Yuventus" (İtaliya) – "Benfika" (Portuqaliya)

00:00. "Bayern Münhen" (Almaniya) – "Yunion" (Belçika)

00:00. "Nyukasl" (İngiltərə) - PSV (Niderland)

00:00. "Atalanta" (İtaliya) – "Atletik" (İspaniya)

00:00. "Çelsi" (İngiltərə) – "Pafos" (Kipr)

Избранный
23
1
fanat.az

10Источники