RU

Amerikalı ekspert: “Qara Yanvar” Sovet İttifaqının süqutuna səbəb olması baxımdan həm də ABŞ üçün vacibdir  

“Qara Yanvar” Sovet İttifaqının süqutuna səbəb olması baxımdan həm də ABŞ üçün vacibdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Saratoqa Fondunun prezidenti Qlen Hovard deyib. O bildirib ki, həmin gün Azərbaycanın bir xalq kimi öz kimliyini təsdiq etdiyi və milli suverenliyini bərpa etdiyi tarixi an idi.

“Bu hadisə Azərbaycanın müstəqillik yolunu açdı. Lakin bu, həm də o dövrdə Sovet İttifaqının digər xalqları üçün simvolik əhəmiyyət daşıyır. “Qara Yanvar” təkcə Azərbaycanın deyil, həm də regionla və onun həmin dövrə hansı tarixi əhəmiyyətə malik olması ilə bağlıdır. Bu, Azərbaycanın milli tarixində və kimliyində çox vacib bir andır”,- deyə ekspert əlavə edib.

Избранный
19
1
azerbaijan-news.az

2Источники