RU

Türkiyədə mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat - 89 şübhəli həbs edilib

Türkiyədə mütəşəkkil cinayətkar qrupları hədəf alan əməliyyatlarda 89 şübhəli saxlanılıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

"Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) tərəfindən aparılan araşdırma nəticəsində şübhəlilərə məxsus 7 ev, 5 torpaq sahəsi, 508 bank hesabı, 6 kriptovalyuta cüzdanı hesabı və 50 milyon TL  (1 965 000 manat) nağd pul müsadirə edilib. Vətəndaşlarımızın bu mütəşəkkil cinayətkar dəstə üzvləri tərəfindən törədilə biləcək sələmçilik, fırıldaqçılıq, silah və narkotik qaçaqmalçılığı kimi cinayətlərdən zərər çəkməsinin qarşısını aldıq",-nazir bildirib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
135
missiya.az

1Источники